Dəstəyimiz EXAKER1.TK dır.
|
||||||||||
(1884-1955)
Müsavat Partiyasının lideri və ilk başqanı Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvar ayının 31-də Bakı şəhərində ruhani ailəsində anadan olmuşdur. Atası Hacı Molla Ələkbər Rəsulzadə, anası Zinyət Zal qızıdır. İlk tərbiyə və təhsilini ailəsi yanında alan Məhəmməd əmin Rəsulzadə, sonradan Texniki məktəbə daxil olmuşdur. 1902-ci ildə M.Ə.Rəsulzadə "Müsəlman Gənclik" təşkilatını yaratmışdır. 1903-cü ildə M.Ə.Rəsulzadənin ilk məqaləsi "Şərqi - rus" qəzetində çap edilmişdir. Sonradan "Həyat", "İrşad", "Tərəqqi" və başqa qəzetlərdə məqalələrlə çıxış etmiş, "Təkamül" (Bakı), "İrani-nou" (Tehran), " Açıq söz " (Bakı 1915-1917), İstanbulda yayınlanan "Yeni Qafqaziya" (1923-1928), "Azəri türk" (1928-1929), "Odlu Yurd" (1929-1931) və 1933-1939-cu illərdə Berlində çap olunan "Qurtuluş" jurnallarının və "İstiqlal" qəzetinin yaradıcısı olmuşdur. 1952-ci ildə isə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə "Azərbaycan" dərgisi nəşr edilib. M.Ə.Rəsulzadənin jurnalist fəaliyyətindən başqa çoxlu kitabları da çap edilmişdir. 1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunan M.Ə.Rəsulzadə 1908-1911-ci illərdə İranda çalışıb, Səttar xan hərəkatında yaxından iştirak edib. 1911-ci ildə isə rus səfirliyinin tələbi ilə İrandan çıxarılıb. 1911-13-cü illərdə İstanbulda “Türk ocağı”nda çalışıb. 1913-cü ildən Bakıda fəaliyyətə başlayıb. 1918-ci il mayın 28-də Azərbaycan istiqlalı elan olunduqdan sonra Azərbaycan Milli Şurasının sədri seçilmişdir. 1920-ci ildə Azərbaycan ruslar tərəfindən işğal olunduqdan sonra M.Ə.Rəsulzadə həbs olunub. sonra keçmiş dostu Stalin onu ölümdən qurtarıb. 1922-ci ildən M.Ə.Rəsulzadənin mühacirət həyatı başlayıb. Müxtəlif illərdə o, Türkiyədə, Polşada, Almaniyada yaşamış, Azərbaycan istiqlalı uğrundakı mübarizəsini davam etdirmişdir. 1955-ci il martın 6-da Məhəmməd Əmin Rəsulzadə Ankara şəhərində həyata göz yummuş, əsri məzarlıqda dəfn edilmişdir. Allah rəhmət eləsin! |
|
|||||||||